20 milyonluq təklif
14.12.2023 - 17:55

“Real”ın futbolçusu David Alaba Səudiyyə Ərəbistanından təklif alıb.
Apasport.az xəbər verir ki, “Əl-İttihad” avstriyalıya cəlbedici təklif göndərib.
Alaba bu kluba keçsə, ildə 20 milyon avro qazanacaq. 31 yaşlı müdafiəçi hələ təklifə cavab verməyib.
Qeyd edək ki, Davidin müqaviləsi 2026-cı ildə başa çatacaq.
0
0