2028-ə qədər "Bayer"də
04.09.2023 - 14:18

Avropa Liqasında "Qarabağ"ın rəqibi "Bayer" müdafiəçisi ilə müqaviləni artırıb.
Apasport.az saytı xəbər verir ki, Bundesliqa klubu 24 yaşlı Edmond Tapsoba ilə yeni razılaşmaya qol çəkib.
Burkino-Faso millisinin də şərəfini qoruyan arxa xətt oyunçusu 2028-ci ilin yayına kimi leverkuzenlilərin şərəfini qorumağa razılıq verib.
Futbolçunun komanda ilə bundan əvvəlki anlaşması 2026-cı ilin yayında bitəcəkdi.
Qeyd edək ki, Edmond bu mövsüm 4 matçda iştirak edərək, 1 dəfə fərqlənib.
0
0