31 yaşlı müdafiəçidən imza
09.07.2023 - 15:19

Hollandiya yığmasının üzvü Stefan de Vrey “İnter”i tərk etməyəcək.
Apasport.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi yeni razılaşmaya imza atıb.
De Vrey 2025-ci ilin yayınadək “İnter”də çıxış edəcək. O, 2018-ci ildə komandaya gəlib və burada 204 oyun keçirib. Stefanın hesabında 9 qol var.
Qeyd edək ki, hollandiyalı müdafiəçi “İnter”lə İtaliya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.
0
0