
“Lion”da rəhbər dəyişikliyi baş verib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
36 il ərzində Liqa1 təmsilçisinin prezidenti olan Jan-Mişel Olas postunu tərk edib. 1987-ci ildən bu vəzifədə olan futbol funksionerini amerikalı biznesmen Con Tekstor əvəzləyib. Onun rəhbəri olduğu “Eagle Football Holdings” 2022-ci ilin dekabrında klubun səhmlərinin 75 faizindən çoxunu alıb. 74 yaşlı veteran isə “Lion”un fəxri prezidenti olub.
Qeyd edək ki, klubun Liqa2-ni tərk etməyə yaxın olduğu vaxtda prezident postuna keçən Olasın dövründə komanda Liqa1-ə yüksəlib, 2002-08-ci illərdə ölkə çempionluğunu qazanıb. 36 ildə klubun kişi və qadın komandaları ümumilikdə 50 titul əldə edib.