8 milyonluq təklif
30.05.2023 - 15:10

“Torino” Nikola Vlaşiçi transfer etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu “Vest Hem”lə danışıqlara başlayıb.
A seriyası təmsilçisi keçid üçün 8 milyon avro təklif edib. Düzdür, “Torino” onu icarəyə götürərkən müqaviləsində sonradan transfer olunması üçün 13 milyon göstərilib.
Turinlilərin baş məşqçisi İvan Yuriç futbolçunu komandasında görmək istəyir. Klub rəhbərliyi bunun üçün 8 milyon ödəməyə razıdır.
Qeyd edək ki, “Vest Hem” xorvat yarımmüdafiəçini 2021-ci ildə MOİK-dən 30 milyon avroya alıb.
0
0