A Seriyası: İlin məşqçisi mükafatına namizədlər bəlli olub
19.11.2024 - 12:58

İtaliya A Seriyasında ilin məşqçisi mükafatına namizədlərin adları müəyyənləşib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafat üçün Simone İnzaqi ("İnter"), Can Pyero Qasperini ("Atalanta") və Tyaqo Motta ("Bolonya"/"Yuventus") mübarizə aparacaq.
"İnter", "Atalanta" və "Yuventus" həmçinin ilin ən yaxşı klubu adı uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, mərasim dekabrın 2-də keçiriləcək.
0
0