A seriyasında istefa
25.10.2023 - 12:11

“Udineze” baş məşqçisi Andrea Sotilla klubla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssisin çalışdırdığı udinelilər bu mövsüm A seriyasında uğursuz çıxış edir. 9 turdan sonra 6 xal toplayan komanda turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2022-ci ildən kluba rəhbərlik edən baş məşqçinin yetirmələri ötən mövsüm çempionatı 12-ci yerdə başa vurub.
0
0