ABŞ millisi ardıcıl üçüncü dəfə çempion oldu
25.03.2024 - 10:37

KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub.
Apapsort.az xəbər verir ki, finalda Meksika yığmasını 2:0 hesabı ilə üstələyən ABŞ millisi titula sahib çıxıb.
Beləliklə, komanda ardıcıl üçüncü dəfə bu turnirdə qızıl medalları əldə edib.
Üçüncü yer uğrunda görüşdə Yamayka Panamanı minimal hesabla üstələyib - 1:0.
0
0