Aktürkoğlu Nunyezin rekorduna şərik çıxdı
28.10.2024 - 01:00

Portuqaliya Liqasında 9-cu turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, "Benfika" "Rio Ave"ni qəbul edib.
Görüş meydan sahiblərinin tam üstünlüyü ilə keçib. Komanda 5:0 hesablı qələbəyə sevinib.
Lissabonluların qollarından 3-nə Kerem Aktürkoğlu imza atıb. Türkiyəli futbolçu hər üç topu ilk hissədə vurub.
O, bununla da Darvin Nunyezdən sonra Portuqaliya çempionatının ilk hissəsində het-trik edən ilk "Benfika"lı olub.
0
0