AL: "Qalatasaray"ın oyunçusu həftənin qolu mükafatına namizəddir
25.10.2024 - 13:11

Avropa Liqasında Liqa mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı qolu mükafatına namizədlər açıqlanıb.
Apasport.az xəbər verir ki, namizədlər "Reyncers"dən Vaslav Çerni, "Qalatasaray"dan Barış Alper Yılmaz, "Budo-Qlimt"dən Villads Nilsen və "Mançester Yunayted"dən Kristian Eriksendir.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
0
0