Alleqri Makkeninin "Yuventus"u niyə tərk etməsindən danışdı
01.02.2023 - 20:53

"Yuventus"un baş məşqçisi Massimilyano Alleqri yarımmüdafiəçi Veston Makkeninin "Lidz"ə keçidini şərh edib.
Apasport.az xəbər verir ki, baş məşqçi futbolçunun özünün "Yuventus"dan ayrılmaq istədiyini bildirib:
“Makkeni “Yuventus”u tərk etmək istəyirdi. O buraxılmasını istədi. "Lidz" ilə əla həll tapdıq.
Qeyd edək ki, İngiltərə klubu amerikalı futbolçunu cari mövsümün sonunadək 40 milyon avroya almaq opsiyası ilə icarəyə götürüb.
0
0