Almaniya klubunun prezidenti vəfat etdi
16.01.2024 - 17:27

Berlin təmsilçisi "Herta"nın prezidenti Kay Bernşteyn vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Klub rəhbəri 43 yaşında qəflətən dünyasını dəyişib. O, 2022-ci ilin iyulundan klubun prezidenti idi.
Qeyd edək ki, 2-ci Bundesliqada çıxış edən “Herta” 17 turdan sonra 25 xalla 7-cidir.
0
0