Almaniya nəhəngi "Yuventus"un hücumçusunu istəyir
01.07.2024 - 13:35

İtaliya Seriya A təmsilçilərindən "Yuventus"un hücumçusu Federiko Kyeza gələn il başa çatacaq müqaviləsini yeniləməyə tələsmir.
Apasport.az "Tuttosport"a istinadla xəbər verir ki, italyan forvardın xidmətində iki klub maraqlıdır.
Söhbət digər Seriya A təmsilçisi "Napoli" və Bundesliqa nəhənglərindən "Bavariya"dan gedir.
Kyeza gedərsə, “Yuventus” ötən mövsümün ikinci yarısında Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Ceydon Sançonu “Mançester Yunayted”dən almağa çalışacaq.
İtaliyalı başa çatan mövsümdə 9 qol ilə yadda qalıb.
0
0