Amerika kubokuna son addım
19.10.2023 - 10:36

KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, bununla da Amerika kubokuna vəsiqə uğrunda son mərhələnin cütləri bəlli olub.
Millətlər Liqasının 1/4 final mərhələnin qalibləri 2024-cü ilin martında yarımfinalda qüvvəsini sınayacaq. Bu dörd komanda həm də 2024-cü ildə Amerika kubokunda da oynayacaq.
Meksika - Honduras
ABŞ - Trinidad və Tobaqo
Kanada - Yamayka
Kosta-Rika - Panama
Qeyd edək ki, bu mərhələnin bütün matçları noyabrda keçiriləcək.
0
0