Aquero futbola qayıda bilər
23.02.2024 - 17:03

Argentina, "Mançester Siti" və "Barselona"nın sabiq hücumçusu Serxio Aquero yenidən futbola qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçunun həkimi danışıb.
"Serxionun geri qayıtması tamamilə mümkündür", - o deyib.
Xatırladaq ki, Aquero 2021-ci ilin sonunda ürək problemlərinə görə təqaüdə çıxıb.
Argentina millisinin heyətində hücumçu 101 oyun keçirib, 42 qol vurub. Milli komanda ilə birlikdə 2014-cü il dünya çempionatının gümüş mükafatçısı olub.
0
0