Arauxo əlavə cəza ilə üzləşə bilər
17.04.2024 - 13:43

"Barselona"nın uruqvaylı müdafiəçisi Ronald Arauxo cəzalandırıla bilər.
Apasport.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab matçında qırmızı vərəqə aldıqdan sonra etdiyi hərəkətə görə UEFA futbolçuya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.
Qeyd edək ki, "Barselona" - PSJ matçı Fransa nəhənginin 4:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Barselona" ÇL-də mübarizəni dayandırıb. PSJ isə yarımfinal mərhələsinə yüksəlib.
0
0