Ardıcıl 11-ci çempionluq
27.05.2023 - 19:35

Almaniya Bundesliqasında çempion müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qızıl medallar son turda sahibini tapıb.
33 turdan sonra 70 xalla lider olan Dortmund “Borussiya” evdə keçirdiyi həlledici görüşdə “Mayns”i uda bilməyib – 2:2. Səfərdə “Köln”ü 2:1 hesabı ilə məğlub edən “Bavariya” əsas rəqibinə çatıb.
Hər iki komanda mövsümü 71 xalla başa vursa da, əlavə göstəricilər Münhen klubuna çempionluq gətirib. Bu, “Bavariya”nın ardıcıl 11-ci çempionluğudur.
Qeyd edək ki, bu, klubun tarixində 33-cü Bundesliqa çempionluğudur.
0
0