"Arsenal" 75 milyon avroya hücumçu ala bilər
16.05.2024 - 13:18

London "Arsenal"ı "yay transfer pəncərəsi"ndə hücum xəttini gücləndirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “The Telegraph" məlumat yayıb.
Bildirilib ki, “topçular” “Leypziq”in hücumçusu Benjamin Şeşko ilə maraqlanır.
Mənbənin məlumatına görə, 20 yaşlı futbolçunu transfer etmək üçün favorit “Arsenal”dır. Potensial transfer məbləği 75 milyon avro olaraq qiymətləndirilir. Şeşko ilə bağlı mübahisədə londonluların rəqibləri “Mançester Yunayted” və “Milan”dır.
Almaniya çempionatının cari mövsümündə sloveniyalı 30 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
- AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir
- "Real Madrid"in bu il məğlub edə bilmədiyi yeganə komanda "Fənərbaxça" olub
- Dani Alves: “O, qol vurmaq üçün maşındır”
- "Tituldan asılı olmayaraq, Mourinyo "Fənərbaxça"da qalmalıdır" - Ali Koç
- "Barselona" "Real"a 4 qol vuran forvardı almaq istəyir
0
0