"Arsenal" braziliyalı futbolçusu ilə 2027-ci ilədək müqavilə bağladı
03.02.2023 - 00:55

"Arsenal"ın hücumçusu Qabriel Martinelli klubu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, tərəflər 2027-ci ilə qədər müqavilə bağlayıblar. Braziliyalı futbolçunun hazırkı müqaviləsi gələn ilin iyununda başa çatırdı.
Qeyd edək ki, Qabriel Martinelli bu mövsüm bütün yarışlarda 27 oyuna çıxıb, 7 qol vurub.
0
0