“Arsenal” müdafiəçisini icarəyə verdi
30.07.2022 - 14:38

“Marsel” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
Liqa1 təmsilçisi Nunu Tavareşi icarəyə götürüb. Müdafiəçi “Arsenal”dan keçib. O, 2022/23 mövsümünü Fransada oynayacaq.
Qeyd edək ki, icarə müqaviləsində futbolçunun sonradan transfer olunması bəndi yer almayıb.
0
0