"Arsenal" yeni ilə qələbə ilə başlayıb
02.01.2025 - 09:54

İngiltərə Premyer Liqasında XIX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son matçında “Arsenal” səfərdə “Brentford” üzərində qələbə qazanmaqla, turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
Bundan öncə isə “Aston Villa” “Brayton”la heç-heçəyə razılaşıb. “Çelsi” ilə “Mançester Yunayted” məğlub olub.
İngiltərə Premyer Liqası
XIX tur
1 yanvar
"Brentford" – "Arsenal" 1:3
Qollar: B.Embeumo, 13 – Q.Jesus, 29, M.Merino, 50, Q.Martinelli, 53
0
0