“Arsenal”da ciddi itki
23.12.2024 - 17:55

“Arsenal”ın vingeri Bukayo Saka zədələnib.
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu bud nahiyəsindən aldığı zədə səbəbindən 4-6 həftə “topçular”ın heyətindən kənarda qalacaq.
Saka londonluların əsas oyunçularından biri olmaqla yanaşı, Premyer Liqanın ən bahalı futbolçularından biridir. O, cari mövsümdə keçirdiyi bütün turnirlərdə 24 matçda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Kristal Pelas” – “Arsenal” (1:5) matçının ilk yarısında zədələnib.
0
0