Artetanın rəhbərlikdən istəyi
18.03.2023 - 13:00

“Arsenal” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Xavi Simonsun xidmətində maraqlıdır.
PSV-nin yarımmüdafiəçisinin transferini baş məşqçi Mikel Arteta klub rəhbərliyindən istəyib. O, Xavinin komandanın orta sahəsini gücləndirəcəyini düşünür.
Qeyd edək ki, Simons Premyer Liqanın digər klublarının da transfer siyahısında yer alıb.
0
0