"Aston Villa" 8 il sonra kubok oyununda qələbə qazandı
07.01.2024 - 10:40

İngiltərə kubokunun 1/32 final matçında "Aston Villa" "Midlsbro"nu 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, kubok oyununda 1/16 mərhələyə yüksələn komandanın yeganə qolunu 87-ci dəqiqədə Duqlas Luizin ötürməsindən sonra müdafiəçi Metti Keş vurub.
Qeyd edək ki, sonuncu dəfə "Aston Villa" 2016-cı ilin yanvarında "Uikomb"la (2:0) turnirin 1/32 final mərhələsində qələbə qazanıb. Həmin oyundan sonra "Aston Villa" ardıcıl 8 matçda məğlub olub.
0
0