"Aston Villa" PSJ-nin futbolçusunu istəyir
15.05.2024 - 15:55

"Aston Villa" Karlos Soleri heyətinə qatmaq istəyir.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubu ispaniyalı oyunçu üçün bir müddətdir PSJ ilə danışıqlar aparır.
Soler 2022-ci ildən Paris klubunda çıxış edir. O, bu mövsüm 26 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0