"Atalanta" heyətini "Bayer"in müdafiəçisi ilə gücləndirib
29.08.2024 - 16:09

“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Berqamo təmsilçisi “Bayer”dən Odilon Kossununu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi 2024/25 mövsümünü icarə əsasında “Atalanta”da keçirəcək.
İtaliya klubu mövsümün sonunda oyunçunun transfer hüquqlarını almaq istəsə, 30 milyon avroya yaxın məbləğ ödəyəcək.
Odilon “Bayer”lə ötən mövsümdə Bundesliqanın qalibi olub.
0
0