"Atalanta" "Liverpul"un məğlubiyyətsizlik seriyasına son qoydu
12.04.2024 - 11:58

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Liverpul" "Atalanta"nı qəbul edib. Yurgen Kloppun komandası gözlənilmədən 0:3 hesablı məğlubiyyətlə üzləşib.
Apasport.az "Squawka" nəşrinə istinadla xəbər verir ki, mersisaydlılar 34 ev oyununda ilk dəfə məğlubiyyətlə üzləşib. Bundan əvvəl Kloppun komandası 28 qələbə qazanıb, 5 heç-heçə edib.
Qeyd edək ki, "Atalanta" - "Liverpul" cütünün cavab oyunu aprelin 18-də Berqamoda keçiriləcək.
0
0