“Atalanta”da yeni müdafiəçi
18.08.2022 - 17:12

“Atalanta” heyətinə yeni futbolçu qatır.
Apasport.az saytının məlumatına görə, “Udineze”nin müdafiəçisi Brandon Soppi Berqamo təmsilçisinə keçəcək.
Transferlə bağlı razılıq əldə olunub. Müdafiəçi üçün 9 milyon avro ödəniləcək.
20 yaşlı fransalı tibbi müayinədən sonra müqavilə imzalayacaq. Onun anlaşması 5 illik olacaq.
Qeyd edək ki, Soppi ötən mövsüm 30 oyunda meydana çıxıb.
0
0