"Atletik"in əfsanəsi komandanı tərk edir
24.04.2024 - 15:15

La Liqa təmsilçisi olan "Atletik Bilbao" akademiyasının yetirməsi İker Munyain komandasını tərk edir.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi 2009-cu ildən "Atletik"də çıxış edir.
Qeyd edək ki, İker Bilbao komandasında 15 mövsüm oynayıb, 557 matçda iştirak edib. Munyain komanda ilə birlikdə İspaniya kuboku ilə yanaşı 2 dəfə ölkə Superkubokunu qazanıb.
0
0