"Atletiko" onun transferini açıqladı
07.07.2023 - 11:10

Madrid "Atletiko"su heyətini gücləndirməyə davam edir.
Apasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi uruqvaylı müdafiəçi Alvaro Mourinonu transfer etdiyini açıqlayıb.
Ölkəsinin “Rasinq” klubundan alınan 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, Uruqvayın aşağı yaş qruplarından ibarət milli komandalarında 14 matçda iştirak edib.
Qeyd edək ki, madridlilər daha öncə İngiltərə “Çelsi”sindən müdafiəçi Sezar Asplikuetanı rənglərinə bağlayıb.
0
0