“Atletiko”da rekord təkrarlandı
20.12.2023 - 11:54

“Atletiko”nun futbolçusu Antuan Qrizmann klubun tarixinə düşüb.
Apasport.az xəbər verir ki, fransalı hücumçu Madrid klubundakı qol sayında Luis Araqonesin rekordunu təkrarlayıb.
Antuan La Liqanın XVIII turunun “Xetafe” ilə matçında (3:3) dubla imza atıb. Bununla da onun “Atletiko”dakı qol sayı 173-ə çatıb. Qrizmann bu göstəricidə Araqonesə şərik çıxıb.
Qeyd edək ki, Araqones 1964-74-cü illərdə paytaxt klubunda forma geyinib.
0
0