“Ayaks”ın yetirməsi PSV-də
09.07.2023 - 01:31

PSV Hollandiya yığmasının üzvü Noa Lanqı heyətinə cəlb edib.
Apasport.az-ın məlumatına görə, keçid 15 milyon avroya başa gəlib.
Bu, “Brügge” üçün rekord transfer rəqəmidir. 2021-ci ildə “Ayaks”dan Belçika klubuna keçən Lanq uğurlu çıxışı ilə yadda qalıb. 24 yaşlı yarımmüdafiəçi 40 oyunda 12 qol vurub və 8 ötürmə edib.
Qeyd edək ki, Noa PSV-nin əsas rəqibi “Ayaks”ın gənclər və əsas komandasında çıxış edib.
0
0