Azarın təkidi
17.05.2023 - 19:52

Madrid “Real”ı Eden Azarı satmağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, İspaniya klubu 32 yaşlı yarımmüdafiəçinin transferi üçün ABŞ-nın “Monreal” klubu ilə danışıqlar aparır.
Onlar belçikalı ilə danışıqların müsbət yekunlaşacağını bildirirlər. “Kral klubu” ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Azar isə komandadan ayrılmaq istəməsə də, paytaxt klubu oyunçunun çıxışından narazıdır.
Qeyd edək ki, 2019-cu ildən “Real”da oynayan futbolçu bu mövsüm cəmi 6 oyuna çıxaraq 1 məhsuldar ötürmə edib.
0
0