
İngiltərənin “Çelsi” klubunun azarkeşləri Çempionlar Liqasının qrup mərhələsinin II turunun oyununa xüsusi jest planlaşdırıb.
Apasport.az saytının məlumatına görə, “Zalsburq”la ev oyununun 21-ci dəqiqəsində bütün tribunalar istefaya göndərilən Tomas Tuxeli alqışlayacaq.
Bu, almaniyalı mütəxəssisin 2021-ci ildə komandaya Çempionlar Liqası qazandırmasının şərəfinə atılan addımdır. Bununla da I turun “Dinamo” ilə Zaqrebdəki görüşündə 0:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən mütəxəssisə hörmət nümayiş olunacaq.
Qeyd edək ki, Londonda keçiriləcək bugünkü qarşılaşma yeni baş məşqçi Qrem Potterin postunda debütü olacaq.