"Barselona" Avropa Çempionatının ulduzunu transfer edib
06.08.2024 - 17:16

"Barselona" Dani Olmo transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano yayıb.
İspan futbolçunun yeni klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq. Katalonlar "Leypziq"ə 55 milyon avro transfer haqqı və 7 milyon avro bonus ödəyəcək.
Qeyd edək ki, Olmonun cari transfer dəyəri 60 milyon avrodur.
0
0