
La Liqa təmsilçilərindən “Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Hans-Diter Fliklə müqavilə müddətinin uzadılması şərtlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, klub rəsmisinin sözlərinə görə, rəhbərlik almaniyalı mütəxəssisin işindən razıdır:
“Hər şey belə davam edərsə, müqavilə müddətinin uzadılması üzərində işə başlayacağıq”.
Flik 2024-cü il iyulun 1-dən “Barsa”nı çalışdırır. Onun La Liqa təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, “Barselona” 23 turdan sonra İspaniya La Liqasının turnir cədvəlində 48 xalla üçüncü pillədə qərarlaşıb.
- Tərlan Əhmədov: "Maşınımı satıb, futbolçuların maaşını vermişəm" - VİDEO
- Qurban Qurbanov: "Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur"
- Emin Ağayev Ukrayna ilə müharibəyə gedə bilər - komissarlığa yollandı
- “Barselona” Neveş planından əl çəkdi - SƏBƏB
- "Arsenal"ın futbolçusu: "Ronaldinyo tarixin ən yaxşısıdır"