"Barselona" futbolçusunu "Atletiko Madrid"ə göndərib
26.08.2024 - 13:42

Müdafiəçi Klement Lenqlet Kataloniya "Barselona"sından "Atletiko Madrid"ə keçib.
Apasport.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu cari mövsümün sonuna kimi “Atletiko”da icarə əsasında çıxış edəcək.
2023/2024 mövsümündə Klement icarə əsasında "Aston Villa"da çıxış edib. Müdafiəçi 25 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya çempionatının 2 turundan sonra “Atletiko” üçüncü yerdədir.
- "Borussiya"nın baş məşqçisi Edin Terziç istefa verdi
- Güləşçilərimiz Polşada beynəlxalq turnirdə mübarizə aparacaqlar
- “Sabah” – “Qarabağ” oyununda qol olmadı - YENİLƏNİB
- Andrey Popoviç: "Gürcüstanda gənc futbolçular Avropaya gedir, Azərbaycanda isə..."
- Cesika Qədirovadan Avropa çempionatında 3-cü qızıl medal
0
0