"Barselona" kapitanı ilə yollarını ayırmağa yaxındır
04.06.2024 - 11:19

La Liqa təmsilçilərindən "Barselona"nın kapitanı Serxio Roberto İspaniya klubundan ayrıla bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 32 yaşlı oyunçunun başa çatan müqaviləsi daha bir il uzadılmalı idi, lakin məşqçi dəyişikliyindən sonra vəziyyət dəyişib.
Serxio Roberto bu mövsüm "Barselona"nın heyətində 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Kataloniya klubunda baş məşqçi postundan qovulan Xavi Hernandesi Hansi Flik əvəz edib.
0
0