"Barselona" meksikalı futbolçu ilə müqavilə imzaladı
17.02.2023 - 21:55

Müdafiəçi Xulian Arauxo ABŞ-ın "Los-Anceles Qalaksi" klubundan "Barselona"ya keçib.
Apasport.az xəbər verir ki, kataloniyalılar 21 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. Meksikalı yaxın günlərdə "Barselona B"də çıxış edəcək.
İnsayder Fabritsio Romanonun dediyinə görə, transfer bonuslar da daxil olmaqla blauqranaya demək olar ki, 4 milyon avroya başa gəlib.
Qeyd edək ki, ötən il Xulian Arauxo MLS-də 31 oyun keçirib və 5 məhsuldar ötürmə verib.
0
0