“Barselona” onun transferini rəsmiləşdirdi
13.07.2022 - 15:12

“Barselona” “Lids”in hücumçusu Rafinyanın transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, Kataloniya klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Braziliya millisinin üzvü yeni komandasında tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalayacaq. Bu transfer İngiltərə klubuna 58 milyon avro qazandırıb. Premyer Liqa təmsilçisi daha 7 milyon avro bonus əldə edə bilər.
Qeyd edək ki, 26 yaşlı oyunçu “Lids”ə 2020-ci ildə “Renn”dən keçib.
0
0