“Barselona”da 400 milyon avroluq futbolçu
28.04.2023 - 19:15

“Barselona” futbolçusu Aleş Qarrido ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
Kataloniya təmsilçisi öz yetirməsi ilə yeni anlaşma imzalayıb. Müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. “Barselona” sözləşmədə 19 yaşlı futbolçusuna 400 milyon avro qiymət qoyub.
Qeyd edək ki, 8 yaşından klubun akademiyasında olan Qarrido əsas komandada cari mövsüm debüt edib.
0
0