“Barselona”da yeni müdafiəçi
04.07.2023 - 16:56

“Barselona” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu İniqo Martineslə müqavilə imzalayıb.
“Atletik” və “Real Sosyedad”ın sabiq müdafiəçisi yeni komandasına azad agent kimi keçib. 32 yaşlı futbolçu son 5 mövsümdə Bilbao klubunda forma geyinib.
Qeyd edək ki, İniqo ötən mövsümün 18 matçında 1 qol vurub.
0
0