"Barselona"da yeni müqavilə - RƏSMİ
31.01.2025 - 18:05

"Barselona" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, klub Qavi ilə əməkdaşlığı davam etdirəcək.
Bunu kataloniyalıların mətbuat xidməti açıqlayıb.
Onunla 5 illik sözləşmə imzalanıb. Yarımmüdafiəçi 2030-cu ilə qədər "Barselona"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, Qavi klubun öz yetirməsidir.
0
0