“Barselona”nın futbolçusu 3 aylıq sıradan çıxıb
22.09.2023 - 15:48

“Barselona”nın futbolçusu ciddi zədə ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, kataloniyalıların yeni transferi Vitor Roke 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliyanın “Atletiko Paranense” komandasından heyətə cəlb olunan 18 yaşlı forvard “İnternasional”la matçın 7-ci dəqiqəsində rəqib müdafiəçinin müdaxiləsindən sonra yerdə qalıb. Həkimlər ayaq biləyindən ciddi zədə alan hücumçunun ən az 3 ay oynamayacağını açıqlayıb.
Qeyd edək ki, “Barselona” Rokenin transferinə görə braziliyalılara 35 milyon avro ödəyib. Gənc oyunçunun qışda yeni komandasına qoşulacağı gözlənilirdi.
0
0