“Barselona”ya təhlükə
23.03.2023 - 15:07

“Barselona” avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hakimlərlə bağlı qalmaqala UEFA biganə qalmaq fikrində deyil.
Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərin edilməsi şübhəsi bir mövsümlük cəza ilə nəticələnə bilər. UEFA qaydalarına əsasən buna görə 1-3 il kənarlaşdırılma mümkündür. Yekun qərar iyunda veriləcək.
Qeyd edək ki, “Barselona” ödənişlərin məsləhət xidmətlərinə görə verildiyini iddia etsə də, ittihamçılar fərqli fikirdədir.
0
0