
Türkiyə millisinin veteran futbolçusu Halil Altıntopa “Bavariya”da vəzifə verilib.
Apasport.az saytı xəbər verir ki, Münhen təmsilçisində məşqçi skautu işləyən 40 yaşlı mütəxəssis bundan sonra klubun akademiyasında idman direktoru kimi fəaliyyət göstərəcək.
Yeni işinə başlayacağı günü səbirsizliklə gözlədiyini deyən Altıntop göstərilən etimada görə “Bavariya” rəhbərliyinə təşəkkür edərək, nəticə qazanmaq üçün bütün gücü ilə çalışacağını bildirib.
Qeyd edək ki, Almaniya, Türkiyə və Çexiya klublarında forma geyinmiş Altıntop 38 matçda milli komandanın şərəfini qoruyub. Futbolçunun əkiz qardaşı Hamit Altıntop isə Türkiyə Futbol Federasiyasının idarə heyətinin üzvüdür.
- Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb
- NTD-nin baş məşqçisi: “Öz üzərimizdə işləməyə davam etməliyik“
- İlqar Qurbanov Azərbaycan millisinin direktoru təyin olunub
- "Turan Tovuz"un yoxlama oyunu təxirə salındı
- "Qarabağ"ın "Linkoln” ilə oyunlar üçün iştirak ərizəsi müəyyənləşib