"Bavariya" "Bayer"in futbolçusu üçün 140 milyon ödəməyə hazırdır
17.02.2025 - 15:15
"Bavariya" "Bayer"in futbolçusu üçün 140 milyon ödəməyə hazırdır

"Bayer Leverkuzen"in futbolçusu Florian Virtz yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira sosial mediada məlumat yayıb.

"Bavariya" Virtzi transfer edəcək?

Onun sözlərinə görə, "Bavariya" yarımmüdafiəçini transfer etmək istəyir. Almaniya nəhəngi 21 yaşlı futbolçu üçün potensial transfer işlərinə başlayıb.

Virtz-in transfer qiyməti

Mümkün sövdələşmə 140 milyon avro dəyərində qiymətləndirilir.

Virtzin cari mövsümdəki statistikası

Florian bu mövsüm 35 oyuna çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə edib.