“Bavariya” “Bohum”a “5” verdi
27.10.2024 - 23:57

Almaniya Bundesliqasında VIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün növbəti görüşlər baş tutub.
"Bavariya" "Bohum"un qonağı olub. Münhenlilər 5:0 hesablı qələbəyə seviniblər. "Pivəçilər" Maykl Oliss, Camal Musiala, Harri Keyn, Leroy Sane və Kinqsli Komanın qolları ilə 3 xal qazanıblar.
"Yunion" isə "Ayntraxt"ı qəbul edib. 2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
Qeyd edək ki, 8 turdan sonra aktivində 20 xal olan "Bavariya" turnir cədvəlinə başçılıq edir.
0
0