“Bavariya” hücumçusu ilə bağlı qərarını verdi
08.11.2022 - 17:58

“Bavariya” hücumçusu Erik Maksim Çupo-Motinqi komandada saxlamaq fikrindədir.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu 33 yaşı olmasına baxmayaraq, Kamerun millisinin üzvünə yeni müqavilə təklif edib.
Bunu münhenlilərin direktoru Hasan Salihamidziç deyib: “Onu komandada saxlamaq istəyirik. Erikin agenti ilə yaxşı münasibətim var. Çupo-Motinq bizim üçün çox dəyərli oyunçudur və Münhendə özünü rahat hiss edir”.
Qeyd edək ki, Çupo-Motinqin “Bavariya” ilə müqaviləsi mövsümün sonuna qədərdir.
0
0