"Bavariya" müdafiəçisi ilə yollarını ayıra bilər
12.11.2024 - 12:19

İngilis müdafiəçi Erik Dayer cari mövsümün sonunda "Bavariya"nı tərk edə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, alman nəhənginin rəhbərliyi çətin ki, 30 yaşlı futbolçuya yeni müqavilə təklif etsin.
Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq.
Almaniya Bundesliqasının bu mövsümündə Dayer 4 matçda iştirak edib.
0
0